“Azərbaycanlıları bir azanla ayağa qaldırarıq”

Dərbənd şəhər Cümə məscidi şəhər əhalisini yeni başçı Mövsüm Rəhimovu dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, məscidin sədr müavini Mirbala Seyidov azərbaycanlı başçının işinə kölgə salmaq istəyənlərə sərt cavab verib.

Dərbənddə olan qaynağımızın verdiyi məlumata görə, sədr müavini bütün əhalini yeni meri dəstəkləməyə səsləyib:

“Biz Mövsüm Rəhimovu dəstəkləyirik və istəyirik ki, o, şəhərin başçısı vəzifəsində çalışsın. Hansısa qüvvələr buna mane olarsa, bir azanla bütün azərbaycanlıları ayağa qaldırarıq”.

Xatırladaq ki, Dərbəndin yeni başçısı Mövsüm Rəhimov bu vəzifəyə bir həftədir təyinat alıb.

COMMENTS