“Azərsu” 25 min manat cərimələnəcək – SƏBƏB

“Azərsu” 25 min manat cərimələnəcək – SƏBƏB

Azərsu” ASC ekoloji təhlükəsizlik qaydalarını pozduğuna görə cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, “Azərsu” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 237.2-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Azərsu” ilə bağlı işə 5 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

COMMENTS