Azəbaycanda keşmiş nazir vəfat edib

Azəbaycanda keşmiş nazir vəfat edib

Azərbaycanın keçmiş rabitə naziri Nadir Əhmədov vəfat edib. Bu barədə Lent.az -a onun yaxınları məlumat veriblər.

N.Əhmədov 1940-cı ildə Şəkidə anadan olub. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu bitirib. 1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub, SSRİ Rabitə Nazirliyinin “Rabitə ustası” adına, Respublikanın “Əməkdar rabitəçisi” fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülüb; ABŞ-ın Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov “2001-ci ilin adamı” seçilib, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən “Dünyanın qabaqcıl ziyalıları” tituluna layiq görülüb.
1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.

Evlidir, 3 övladı və 3 nəvəsi var.

Onun Ənvər Mete ilə birlikdə yazdığı “İblis Xislətli Erməni” kitabı ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımına, onların dədə-baba torpaqlarından qovulmasına həsr olunub.

DOSYE.ORG

COMMENTS