Azərbaycan bayrağı “Dinamo” Zaqrebin paltardəyişmə otağında – Video

Azərbaycan bayrağı “Dinamo” Zaqrebin paltardəyişmə otağında – Video

Xəbər verdiyimiz kimi, milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) Çempionlar Liqasının qrupuna vəsiqəni təmin edib. Xorvatiya təmsilçisi “pley-off”da “Büde Qlimt” (Norveç) üzərində 4:1 hesablı qələbə qazanıb (ilk oyun 0:1).

Qol.az xəbər verir ki, matçdan sonra Mahir Emreli də daxil olmaqla “Dinamo”lu futbolçular qələbəni bayram ediblər. Emreli bununla bağlı videonu özünün sosial şəbəkə hesabında paylaşıb.

Paltardəyişmə otağında bir neçə ölkə ilə yanaşı Azərbaycanın bayrağının asılması diqqət çəkib.

COMMENTS