“Azərbaycan futboluna növbəti zərbə vuruldu”- Elman Nigaran

“Azərbaycan futboluna növbəti zərbə vuruldu”- Elman Nigaran

Səhər tezdən oyanıb futbol ictimayətinə bəd xəbər çatdırmaq sözün həqiqi mənasında böyük cəsarət, iradə tələb edir. Lakin mətbuat nə ağa baxır, nə də qaraya. Elə məhz mətbuatdan aldığım məlumat məni necə sarsıtdısa, futbol idman növündən küsməydən savayı çıxış yolum qalmadı. Söhbət üzün illər futbolumuza “paz” olan, bu idman növünü dünya arenasında rüsvay edən, uşağ futboluna ayrılan vəsaitləri min bir yollarla mənimsəyən, ARDNŞ-nin Prezidenti, Milət Vəkili və nənahət AFFA-nın prezidenti Rövnəq Abdullayevdən getdiyi heç kimdə sirr deyil. Saytlarda belə bir başlıqla dərc edilən “Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi” məqalə bir vətəndaş olaraq məni dərindən düşündürməyə vadar etdi. Əvvəla, R. Abdullayevin qurumun bu gün keçirilən konfransında baş tutan səsvermədə növbəti dəfə dörd il müddətinə AFFA-nın prezidenti seçiləcəyini ötən gündən bəlli idi. Daha doğrusu AFFA- da keçirilən seçkilər, bizim parlament seçkilərindən cüzü də olsa fərq etmir. Sadəcə maraqlı məqamlardan biri ondan ibarətdir ki, Rövnəq qağamız, ARDDNŞ, deputat və AFFA prezidenti postlarını necə idarə edəcək? Bəlkə, AFFA- da vəzifə bölgüsü aparan, eyni zamanda quyruq bulayan, yeni təyinat ilə vitse-prezident səlahiyyətlərini yerinə yetirəcək Elxan Məmmədov idarə edəcək? Axxx, bəlkələr. bəlkələr, bəlkələr…

Olsun, etiraz etmək düşüncəmə görə heç nəyi dəyişməyəcək. Əksinə, növbəti prezident seçkilərində bizim Rövnəq qaqamız prezidentliyə iddialı olacağı təqdirdə mən təəcüblənməyəcəm. Üç postu idarə edən şəxs, nə inki dövləti, hətta dünya futbolunu idarə edəcək qabiliyyətə malikdir. Dəli bir ağlamaq keçdi könlümdən….

Gəlin AFFA İcariyyə Komitəsinə nəzər salaq.

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer: İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən, Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən, Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən;

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer: Zaur Axundov – “Keşlə” FK tərəfindən, Rauf Əliyev – “Səbail” FK tərəfindən, Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən, Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən, Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer: Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən, Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən;

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer: Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən, Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən.

Yuxarıda göstərdiyim şəxslər haqqında danışmaq belə istəmərəm. Mövzü bizim Rövnəq qağamızdır… Gözünə döndüyüm Qurban Qurbanov da saxta seçkidə iştirak etmədi. Axı, Rövnəqdən ötür Qurban müəllim, namazını qəzaya verməz. Necə deyərlər, yüz Rövnəq  “QURBAN” olsun bir qəza namazına.

Azərbaycan futbolu bir halda ki, Rövnəq Abdullayevə həvalə olunub, inanın səmimiyyətimə, ölkədə futbol idman növü heç bir zaman inkişaf etməyəcək. Ulu Tanrıya heç zaman futbolun yüksəlməsi üçün dua etməmişəm və etməyəcəyəm də. Dua edirəm ki, böyük Tanrı bizim Rövnəq qağamızın gözünü doydursun. Rövnəq müəllim, and olsun aramızda olmayan haqq salama, and olsun getmədiyim, görmədiyim o müqəddəs  yerlərə, futbol idman növü qazanc üçün deyil. Yuxarıda AFFA İcariyyə Komitəsinin üzüvlərinin futbol sahəsində kifayət qədər xidmətləri olub. Amma bu heç nəyi dəyişməyəcək, and olsun üç postu zəbt etdiyin kürüsülərə.

Əziz məni izləyənlər və futbol ictrimayəti. Azərbaycan futbolu yenidən 4 il əsarət altında ömrünü sürəcək. Gəlin birlik də, Allaha dua edək ki, Rövnəq qağamız demişkən, “iyurmi-iyurmidə” futbolumuz inkişaf etsin, uşağ futboluna ayrılan böyük məbləğdə vəsait, elə məhz “iyirmi-iyirmi də” bəhrəsini görsün…. AMİN

Elman Nigaran

COMMENTS