Azərbaycan futbolunda dopinq aşkarlandı

Azərbaycan futbolunda dopinq aşkarlandı

Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkarlanıb.

DOSYE.ORG Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli məlumat verib.

Qurum rəsmi ilin yekunlarına dair keçirilən mətbuat konfransında il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən birinin futbol olduğunu qeyd edib.

Lakin Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.

COMMENTS