Azərbaycan gömrüyünün sistemi yenə də “otkaz” getdi… – “Çox dəhşətli bir mənzərə yaranıb”

Azərbaycan gömrüyünün sistemi yenə də “otkaz” getdi… – “Çox dəhşətli bir mənzərə yaranıb”

“Gürcüstan – Azərbaycan sərhəddinin Gürcüstan tərəfində indiyə kimi görünməyən, uzunluğu km-lərlə ölçülən tıxac müşahidə olunur. Təxminən 100-150 avtomobil öz növbəsini gözləyir. Növbə gözləmə mədəniyyəti olmayanların sayəsində isə, qarşı tərəfdən gələn yol belə ara-sıra bağlanır. Problemin həmişəki kimi gömrüyün Azərbaycan tərəfdə sisteminin işləməməsi, turist axını və ya başqa bir problem olması isə sual altındadır”.

DİA.AZ bildirir ki, bu barədə AzEuroNews.com-a dünən gecə saatlarında sərhəddə gözləmək məcburiyyətində qalan həmvətənimiz Rəşad Quliyev məlumat verib. Onun sözlərinə görə, ucu-bucağı görünməyən tıxacda gözləyənlər sırasında yaşlılar, xəstə və hamilə qadınlar var.

“Kiminsə halı pisləşsə, təcili yardımın gəlməsi üçün belə yol yoxdur. Çox dəhşətli bir mənzərə yaranıb”- deyə R.Quliyev bildirib.

DOSYE.ORG

Azərbaycan gömrüyünün sistemi yenə də "otkaz" getdi...

Azərbaycan gömrüyünün sistemi yenə də "otkaz" getdi...

Azərbaycan gömrüyünün sistemi yenə də "otkaz" getdi...

COMMENTS