Azərbaycan həbsxanalarında koronavirusla bağlı son durum – RƏSMİ

Azərbaycan həbsxanalarında koronavirusla bağlı son durum – RƏSMİ

Koronavirusun tüğyan etdiyi dünyada təhlükənin miqyası böyüdükcə, problemlər də artmaqda davam edir.

12 462 nəfər yoluxma, 827 ölüm halınnı qeyə alındığı İtaliyada həbsxanadan qaçanların sayı artıb.

Bəs, hazırda Azərbaycan həbsxanalarında koronavirusla bağlı vəziyyət necədir? Dustaqlardan qaçmağa cəhd edənlər varmı?

Məsələ bağlı Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Modern.azın sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsilə əlaqədar bütün zəruri addımlar atılıb:

“Penitensiar Xidmətin bütün müəssisələrində dezinfeksiya işləri aparılır”.

M.Sadıqovun sözlərinə görə, Xidmətin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulunun dayandırılması davam edir:

“Həm Pentensiar Xidmətin əməkdaşları, həm də həkimlər tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə aparılır, heç bir narahatlıq yoxdur. Hazırda müəssisələrdə saxlanılan şəxslər arasında koronavirusa yoluxan yoxdur”.

Sonuncu həbs olunanlar arasında əcnəbilər, xüsusilə Çin, İran, İtaliya vətəndaşlarının olmasına gəlincə, rəis bununla bağlı məlumatsız olduğunu deyib.

DOSYE.ORG

COMMENTS