Azərbaycan İraqda neft çıxaracaq

Nazir Azərbaycanla İraq arasında imzalanan memorandumunun təfərrüatlarını ANS-ə açıqlayıb
Azərbaycan İraqda neft hasil edəcək. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanmış anlaşma memorandumunun təfərrüatlarını İraqın neft naziri açıqlayıb.

ANS PRESS-in məlumatına görə, İraqın neft naziri Adil Abdulmahdi “Hesab vaxtı”na eksklüziv açıqlamasında deyib ki, məsələ sadəcə hasilatla bitməyəcək. Hətta bölgədə yeni bir format, İraq-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı güclənəcək.

İraqın neft naziri Adil Abdulmahdinin bildirib ki, bu anlaşma memorondumu hasilat, emal və tranzit sahəsində əməkdaşlığı nəzərdə tutur.

“Qazma, neftayırma sahəsində birgə layihələr ola bilər. SOCAR İraqda daha aktiv olacaq. İraq şirkətləri də Azərbaycanda fəaliyyətini genişləndirə bilər. Bizim birgə şirkətimiz də ola bilər ki, yalnız öz ölkələrimizdə yox, üçüncü bir ölkədə də işlər görə bilək. Çünki Azərbaycan da, İraq da böyük neft ölkəsidir, zəngin təcrübəmiz var. Türkiyə ilə münasibətlərimiz yaxşıdır, Azərbaycanla da əlaqələrimizi gücləndiririk. Bu səbəbdən regonda bu üçtərəfli əməkdaşlığa müsbət yanaşırıq”.

COMMENTS