Azərbaycan kubokunda yarımfinal başlayır

Azərbaycan kubokunda yarımfinal başlayır

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Qol.az xəbər verir ki, yarımfinalın hər iki görüşü bu gün keçiriləcək. Əvvəlcə “Keşlə” “Zirə”ni qəbul edəcək. Digər matçda isə “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları aprelin 29-u keçiriləcək.

21 aprel

18:30. “Keşlə” – “Zirə”
Hakimlər:
 Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
ASK Arena

20:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər
: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Kapital Bank Arena

DOSYE.ORG

COMMENTS