Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədrindən AÇIQLAMA

Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədrindən AÇIQLAMA

Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (AzerRos) qurultayı ilə bağlı xəbər saytlarda bəzi məlumatlar yayımlanıb. Məsələ ilə bağlı Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov dosye.org-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib.

Əvvəla, mən Tahir Hacıyevlə dost deyiləm. Sizi inandırım ki, onunla heç bir əlaqəm yoxdur. Məsələnin mahiyyəti barəsində sizə bildirim ki, Mədəni Muxtariyyətin İstra bölməsinin rəhbəri Elşən İbrahimovdur. Onların məhkəmə ilə problemləri olduğu üçün hələ də məhkəmə araşdırmaları gedir. Etiraf edim ki, VAK AzerRos-a qarşı yaradılan təşkilat idi. Nəzərinizə çatdırım ki, o zamanlar Azərbaycanda PA-nın keçmiş rəhbər vəzifəsində çalışmış Ramiz Mehdiyev və keçmiş səfir Ramiz Rzayevin birgə təşkilatçılığı ilə yaradılmışdı. Mən o zaman təklif etdim ki, rusiyada yaşayan azərbaycanlılardan sədr seçək. Bu məqsədlə Cahangir Kərimova müraciət etdim. Adını çəkdiyim REA-nin Akademiki, savadlı, dünya görüşü ilə bir çox işlər qurmaqda təşkilatçılığı bacaran şəxs kimi tanıyırdıq. Xatırladım ki, C. Kərimov bir zamanlar M. Qarbaçovun köməkçisi vəzifəsində çalışıb. Bunlardan əlavə Leninqradda universitetdə prorektor işləyib və Rusiya prezidenti Putin onun tələbəsi olub. Biz onunla danışdıq ki, gəl bizə rəhbərlik et. Hazırda həmən şəxs dünyasını dəyişib,. Allah rəhmət etsin…

Biz həmən təşkilatı hazırlayanda 3 il zamanımız getdi, min əziyyətlər çəkdik və düşüncəmiz bizi yanıltmadı. İndi kənardan gələn uşaqlar hazırın-nazı olmaq istəyir. Axı, bunlar niyə bu qədər savadsızdır? Nə üçün qanmırlar ki, dövlətlə körpü yaratmaq lazımdır. Fikir verin, VAK işini heç zaman düzgün qurmamışdı. Nəticəsidə sizə və bizlərə məlumdur. Lakin AzerRos elə bir təşkilatdır ki, bütün məsələlər, iş prinsipləri RF-nin qanuni çərçivəsində düzülüb qoşulmusdır. Dəfələrlə demişəm ki, bu təşkilata biznes gözü ilə baxmayın, bura böyük mədəni, incasanat, təhsil, təlim va ictimai məsələlər tələb edilən təşkilatdır. Hələ o zaman Söyün Sadıqov mənə deyirdi ki, gedək azərbaycandan neft alaq sataq. Təbii ki, mən ona etiraz etdim. Bir faktı deyim ki, azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi işini düzgün qurmayıb. Onlara diasporla neçə iş birliyini qurmağ və inkişaf etməyi öyrətmək lazımdır. Bu necə ola bilər ki, rusiyada Azərbaycan səfirliyi rus vətəndaşalarıni yığır başına, onlarla iş aparır. Bu düzgün deyil və qanunla yolverilməzdir. Səfirlik öz işi ilə məşğul olmayanda Rus dövləti onlara ciddi problemlər yaradır, onlar nəzarətə götürülür. Dərindən düşünəndə səfirliyin addımı iki dövlət arasında münasibətlərə xələl gətirər. Yenə deyirəm, qurultayin səfirliyə heç aidiyyəti yoxdur. Bir qurup ticarətçi gəlib pul qazanmaq məqsədi ilə güya prezident olmaq istəyirlər. Bu insanlara başa salıram ki, prezident yox, şura sədri seçiləcək. Tam səmimi deyirəm, namizədliklərini verib sonrada baslayirlar bir-birlərini qırmaga. Fərz edin ki, toya kənardan bir şəxs gəlib tamadalıq edir. Onun tamadalığa savadı, mədəniyyəti, qabiliyyəti çatırmı? Baxın, bütün bunlar şərtdir.

Prezident olmaq arzusu ilə yaşayanlar hansı təşəbbüsü göstəriblər? Allah şahiddir ki, biz bu təşkilatı yaradanda hansı zülümləri çəkdik, mübarizə apardıq. Kənardan gəlib prezident olmaq və qazanc kimi təşkilata baxmaq düzgün deyil. Əgər bu cür davam edərsə, təşkilat VAK-ın taleyini yaşayacaq. Bəzi savadsız adamlar elan etmək istəyirlər ki, ümumiyyətlə AzerRos bağlansın. Halbuki bu məsələdə təklif irəli sürmək onların ixtiyarında deyil. Bir sözlə, kimin əməyi olub, iş görüb onlar təklif irəli sürə bilər. Qanun yol vermədiyi halda fiziki şəxs neçə öz nümayindəsini göndərə bilər? Qəzet oxumayanlar, sosial şəbəkəni izləməyənlər, televizora baxmayan bir qurup savadsızlar rus dilini belə bilmir. Məntiqlə düşünün, həmən şəxslər rəhbərlik edə bilərmi? Ən azından sadaladığım şəxslərin iştirakı mümkün deyil. Prezident savadlı, təşkilatçılığı bacarmalı və eyni zamnda maddi imkanları olmalıdır ki, təşkilatı saxlaya bilsin. Neçə illərdir Rusiyada yaşayıram. Gözümün önündə neçə işlədiklərinə, bir-birlərinə hansı münasibətdə olduğuna şahidəm. Düşmən kimi davranırlar.

Bizdə üzvlük haqqı yigilmır. Mənə çoxlu müraciətlər edirlər ki, bizim nümayindəmizi siyahıya salın. Güya, beş-üç nəfər həmən şəxs maddi dəstək olacaq. Bunların fikri pul qazanmaq və istədikləri formada yaşamaqdır. Amma heç kim inkişafdan, nizamnamədən, mədəni, elmi, tadris, incəsənətdən söhbət belə etmir. Elə düşünürlər ki, prezident olan kimi hamı bunlara gətirib pul verəcək. Onların diqqətinə çatdırmaq istəyirəm ki, ora yalınız ictimai təşəbbüs təklif edilə bilər, siyasi jox. Xalqlar və millətlər arasında dostluq birliyi genişləndirsin, bu istiqamətdə rusiyada işlər görülsün. Bundan sonra dövlət tərəfindən maliyyə buraxıla bilər. Hökumət pulu vermir ki, gedib kef çəkəsən və yüksək həyat tərzi yaşayasan. Ən azında dövlətin ayırdığı pulun üzərinə 50 % özün də əlavə etməlisən. Dövlətin ayırdığı pulun sonra hesabatını vermək lazımdır. Dərk etmək lazımdır ki, çox məsüliyyətli bir işdir və öhtəsindən gəlmək asan deyil.

Bir daha bəyan edim ki, bu istiqamətdə danışıqlar gedir və savadlı, imkanlı salahiyyətli şəxslər dəvət edilir. Məsələ burasındadır ki, təkliflərimizi qəbul etməyənlər da olur. O qədər saxtakarlıqlar baş alıb gedir ki, heç kim özünə problem yaratmaq istəmir. İşimizi elə qurmalıyıq ki, digər millətlər qarşısında biabır olmayaq.

Əlavə edək ki, AzerRos nə Rusiyanın nə də Azərbycanın daxili və xarici siyasətinə müdaxiə etmir.

DOSYE.ORG

COMMENTS