“Azərbaycan millisi bizə çətin anlar yaşada bilər”

“Azərbaycan millisi bizə çətin anlar yaşada bilər”

“Bolqarıstan üzərində qələbədən sonra komandamızda yaxşı əhval-ruhiyə var. Heç bir yorğunluğumuz yoxdur. Növbəti matça tam hazırıq”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren ölkəsinin mətbuatına açıqlamasında “Avro-2016”nın seçmə mərhələsində sabah Azərbaycan yığması ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.

“Liverpul” şərəfini qoruyan 25 yaşlı futbolçu millimizlə oyunda yaxşı nəticə qazanacaqlarına əmin olduğunu bildirib. O,həmçinin sabahkı qarşılaşmanın heç də asan olmayacağını vurğulayıb:
“Komandaları müqayisə edəndə favorit olduğumuz görünür. Üstəlik biz doğma meydanda oynayacağıq. Qələbələrimizi sıralayacağımıza inanıram. Son illərin ən yaxşı heyətinə malikik. Bu futbolçularla istənilən uğura layiqik. Sabahkı qarşılaşma haqda onu deyə bilərəm ki, Azərbaycan millisini kifayət qədər analiz edə bilməmişik. Bu sarıdan çətinlik çəkəcəyimizi düşünmürəm. Ancaq ümumilikdə Avropa komandalarının heç biri ilə asan oyun olmur. Sabah rəqib bizə çətinlik yarada bilər”.

Xatırladaq ki, Xorvatiya – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

COMMENTS