“Azərbaycan millisinə uduzmaq məyusedicidir” – Milan Şkrinyar

“Azərbaycan millisinə uduzmaq məyusedicidir” – Milan Şkrinyar

“Sürətli oyun nümayiş etdirdik. Görüş ərzində düzgün qərarlar verdik. Hər iki hissədə rəqibi təzyiq altında saxladıq”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının 5-ci turunda ötən gün yığmamıza uduzduqları oyun (1:2) haqda danışarkən deyib. Milan “İnter”inin müdafiəçisi Slovakiya görüşdən sonra verdiyi açıqlamada oyun boyu millimizdən üstün olduqlarını və nəticənin məyusedici olduğunu bildirib: “Topa nəzarət bizdə oldu. Bu, işimizə yarayırdı. Artıq meydanən rəqibə aid hissəsində topu qazanırdıq. İkinci hissədə çox yaxşı oyun sərgilədik. Lakin ümumilikdə nəticə məyusedicidir”.

COMMENTS