“Azərbaycan millisindən daha istəkli oyun gözləyirdim”

“Azərbaycan millisindən daha istəkli oyun gözləyirdim”

“Sevinirik ki, belə rəqiblə oyunda qələbə qazandıq.Oyunçularımla fəxr edirəm. Verdiyim tapşırıqları düzgün yerinə yetirdilər. Müdafiədə daha yaxşı çıxış etdik”.

 

Qol.Az- ın məlumatına görə, bu sözləri Norveç milli komandasının baş məşqçisi Per-Matias Höqmo yığmamızaqalib gəldikləri oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis milli komandamızdan fərqli oyun gözlədiyini bildirib: “Rəqibimiz yeni baş məşqçi ilə meydana çıxmışdı. Onlardan daha istəkli oyun gözləyirdik. Rəqib Bolqarıstanla oyunda daha aqressiv idi. Biz isə adi oyunla yadda qaldıq. Qazandığımız üç qələbə qrupdan çıxmağımıza şans yaradıb”.

COMMENTS