Azərbaycan millisinin futbolçusu ABŞ-da karyerasına het-triklə başladı

Azərbaycan millisinin futbolçusu ABŞ-da karyerasına het-triklə başladı

Futbol üzrə ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.

Dosye.org bildirir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov formasını geyindiyi “Finiks Rizinq”də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda böyük hsabla qalib gəlib – 6:1.

Qarşılaşmaya start heyətdə başlayan Rüfət het-triklə yadda qalıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində müstəsna rol oynayıb.

Xatırladaq ki, Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Finiks Rizinq”ə keçib.

DOSYE.ORG

 

COMMENTS