Azərbaycan millisinin üzvü Latviya klubuna keçdi

Azərbaycan millisinin üzvü Latviya klubuna keçdi

“Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, anlaşmaya əsasən, “ağ-qaralar”ın yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə bir rəsmi oyunda meydana çıxıb. O, Azərbaycan U-21 millisinin üzvüdür.

COMMENTS