Azərbaycan nəşriyyatına qarşı təxribat: icazə verilmədi

Azərbaycan nəşriyyatına qarşı təxribat: icazə verilmədi

İran rəsmiləri Təbrizin “Savalan İgidləri” nəşriyyatının “Şiraz kitab sərgisi”ndə iştirak etməsinə icazə verməyib.

Dosye.org  xəbər verir ki, “Savalan İgidləri” nəşriyyatı Şirazdakı Qaşqay türklərini də nəzərə alaraq, sərgiyə qatılmaq üçün bir ay cəhd göstərib, lakin bu, mümkün olmayıb.

“Kitabları hazırladıqdan sonra noyabrın 16-da əlaqə saxlayaraq, məlum olmayan səbəbə görə “Savalan igidləri” nəşriyyatının sərgidə iştirak etmək icazəsinin olmadığını bildirdilər”, – sərginin rəhbəri Əmmar Əhmədi bildirib.

Qeyd edək ki, 330 nəşriyyatın qatıldığı sərgi 1 həftə davam edəcək.

Dosye.org

COMMENTS