Azərbaycan nefti yenə  bahalaşdı

Azərbaycan nefti yenə bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 78,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 14-də 74,4 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə mayın 14-də 78,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,78 dollar/barel çoxdur.

Dosye.org

COMMENTS