“Azərbaycan Pakistanın böyük dostudur” – Səfir

“Azərbaycan Pakistanın böyük dostudur” – Səfir

“Pakistan müstəqilliyinin 74 illiyini qeyd edir. Bu illər ərzində ölkə çox böyük irəliləyişə nail olub. İqtisadiyyatımız inkişaf edir, sənaye istehsalı artıb, ən əsası isə Pakistan beynəlxalq arenada dostlar qazanıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Pakistanın böyük dostudur”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Pakistanın müstəqilliyini elan etməsinin 74 illiyinə həsr olunmuş tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan və Pakistan çətin vaxtlarda hər zaman bir-birini dəstəkləyib: “Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Azərbaycan xalqının bu dəstəyini yüksək qiymətləndiririk. Bu gün həm Pakistan, həm də Azərbaycan COVID-19, iqlim dəyişikliyi və s. kimi problemlərlə üzləşib. Ölkələrimizin bu cür problemləri birlikdə həll etməyə çalışması çox vacibdir. Ümid edirəm ki, qarşıdakı aylarda və illərdə hər iki ölkə daha böyük tərəqqi və firavanlıq əldə edəcək”.

DOSYE.ORG

COMMENTS