Azərbaycan polisinin fədakarlığı alqışa layiqdir

Azərbaycan polisinin fədakarlığı alqışa layiqdir

Azərbaycan sürətlə dəyişir, həyatın bütün sahələrində yüksəliş dövrünü yaşayır.

Ölkədə yeni çağırışlar fonunda reallaşdırılan islahat kursu şübhəsiz ki, Daxili İşlər Nazirliyindən yan keşməmiş, aparılan müsbət mənada dəyişikliklər polisə, Azərbaycan dövlətinə etimadı yüksəltmiş, vətəndaş məmnunluğunu təmin etmişdir.

Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun müvafiq tapşırıqları, sosial şəbəkələr üzərində vətəndaşlarla birbaşa dialoq yaratması, şikayətlərin yerindəcə araşdırılması, cəzasızlıq mühitinin aradan qaldırılması kimi inqilabi addımlar birmənalı şəkildə polisə olan etimadı yüksəldərək insanlar tərəfindən rəğbətlə qarşılanır.

Beləliklə, aparılan köklü islahatlar mənfi reputasiyanı aradan qaldıraraq xalqın arzuladığı və görmək istədiyi bir nümunəvi Azərbaycan polisi
qanunlarımızı, asayişi, hüquqlarımızı qoruyur. Bu gün Azərbaycan polisi sədaqət nümunəsidir. Bəzi neqativ hallar nəzərə alınmasa o, nümunəvi davranışı, xidməti vəzifəsini layiqincə yerinə yetirməsi ilə fərqlənir.

Bir sözlə, vətəndaşlara sədaqətlə xidmət edən Yol Polislərinin əməyi olduqca yüksək qiymətləndirilir.

Əlbətdə ki, aparılan islahatlar sözün həqiqi mənasında polis-vətəndaş münasibətlərini daha da yaxşılaşdırır, asayışı qoruyan hüquq mühafizə orqanlarına inamı artırır.

Xatırlayırsınızsa illər öncə bölgələrdən gələn sürücülərin ən çox narazı qaldıqları sahə yol polisi ilə bağlı idi. Sevindirici haldır ki, bütün neqativ hallar aradan qaldırılıb. Yük maşınlarının sərbəst hərəkət etməsi, maneələrin aradan qaldırılması sürücüləri də razı salmışdır.

Təbii ki, reydlər zamanı kifayət qədər qanunu pozan sürücülər aşkarlanır. Diqqət çəkən məqamlardan birini qeyd etmək olduqca vacidbir. Yol polislərin marifləndirici işləri bir çox bədbəxat hadisələrin qarşısını zamanında alır. Bütün bunlar polisin nüfüzünü bir daha artırır.

İş olan yerdə nöqsan qaçılmazdır. Ölkənin daxilində bütün təhlükəsizliyini çiyinlərində daşıyan igid, mərd, qorxmaz polislərə eşq olsun deyirik….

ELMAN NİGARAN

COMMENTS