Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi” ilə qarşılaşır

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi” ilə qarşılaşır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək.

Dosye.org bildirir ki, əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. “ASK Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç “Bakcell Arena”da oynanılacaq.

Turun son oyunu isə çempionluğa 2 əsas namizəd – “Qarabağ” və “Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər. Oyun saat 20:30-da başlayacaq.

“Qarabağ” və “Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar qələbə qazanıblar.

Xatırladaq ki, ilk oyun günündə qonaqlar qalib gəliblər. “Zirə” “Sumqayıt”ı 2:1, “Qəbələ” isə “Sabah”ı 1:0 hesabı ilə üstələyib.

DOSYE.ORG

COMMENTS