Azərbaycan və Türkiyə Səhiyyə nazirləri koronavirusu müzakirə etdi

Azərbaycan və Türkiyə Səhiyyə nazirləri koronavirusu müzakirə etdi

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevarasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:

“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.

DOSYE.ORG

COMMENTS