Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir

Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir

Böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikamızın hər bir vətəndaşı kimi həmişə Prezidentimizin yanında olmağımdan, qürur və şərəf duyuram. 

Bütün dünyanı sarsıdan və bəşəriyyət üçün təhlükəyə çevrilən COVİD-19 pandemiyası göstərilən səylərə baxmayaraq, yoluxmanın və itkilərin qarşısını almaq mümkün olmadı. Şükürlər olsun ki, cənab Prezidentimizin  müdrik siyasəti və dövlət idarəçiliyində tətbiq etdiyi uzaqgörən prinsiplərin nəticəsi olaraq yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır. Atdığı uğurlu , təqdirə layiq addımların nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi.

Ayrı-ayrı dövlətlərdə minlərlə insanın bu xəstəlikdən həyatını itirdiyi bir vaxtda Respublika Prezidentinin Azərbaycan xalqının sağlamlığının qorunması naminə gördüyü qabaqlayıcı tədbirlər ölkənin təhsil işçiləri tərəfindən də rəğbətlə qarşılanır. Ümidvarıq ki ,Dövlət başçısının qətiyyətli addımları  əhalimizin sağlamlığının qorunması istiqamətində apardığı uğurlu siyasət  sayəsində  Azərbaycan xalqı bu çətin sinaqdan şərəflə çıxacaqdır. COVID-19 pandemiyası virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlərə görə biz cənab İlham Əliyevə  minnətdarıq. Bütün bunlar göstərir ki, Prezidentimizin yolu Heydər Əliyev yolu, Azərbaycan yolu, xalqın və millətin gələcəyinin, güzəranının və əhval ruhiyyəsinin daha da yaxşılaşdırılması yoludur. Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir.

Cənab Prezident hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edir. Biz vətəndaşların vəzifəsi isə Prezidentimizin qərarlarına əməl etməkdir. İnanırıq ki, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz möhtərəm Prezidentimizin  rəhbərliyi  ilə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Cənab İlham Əliyevin  yorulmaz və fədakar fəaliyyəti, iştirak etdiyi tədbirləri və çıxışlarını izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Pandemiyanın ölkəmizdə qarşısının alınması üçün gördüyü tədbirlər həyati əhəmiyyətlidir. Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünə, onunla birlikdə olduğuna görə dövlət rəhbərinə bir daha təşəkkürümü bildirirəm və uzun ömür, cansağlığı arzu edirəm.

Əminik ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində “Biz birlikdə güclüyük!” çağırışı ilə bu virusa qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Mən də bir vətəndaş və təhsil işçisi olaraq Dövlət başçımıza güvənir, şərəfli və məsuliyyətli işində Ona uğurlar diləyirəm.

37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı

COMMENTS