AZƏRBAYCAN XALQININ XİLASKARI

AZƏRBAYCAN XALQININ XİLASKARI

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xızı Rayon Polis Şöbəsində anım tədbiri keçirilib.

Tədbirin əvvəlində şöbəsinin əməkdaşları Ulu Öndərin abidəsini ziyarət edərək, önünə qərənfillər düzüblər.Daha sonra polis şöbəsinin inzibati binasında davam edən tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov müasir Azərbaycan dövlətinin banisi – Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb. O, bildirib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu böyük bir tarixi dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Məhz Ulu Öndər tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısının alındı. Çıxışının sonunda H.Həsənov ötən əsrin sonlarında Azərbaycan dövləti ilə bir çox dünya dövlətləri arasında imzalanan Beynəlxalq miqyaslı müqavilələrin də məhz zəngin dövlətçilik təcrübəsinə malik olan müdrik siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

Daha sonra çıxış edən tədbir iştirakçıları Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışaraq, müasir müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykəndiyini bildiriblər.

DOSYE.ORG

 

 

COMMENTS