“Azərbaycan yaxşı rəqibdir” – kiprli futbolçu

“Azərbaycan yaxşı rəqibdir” – kiprli futbolçu

“Müsbətlərin mənfilərdən çox olduğu bir oyundan çıxmışıq. Nəticədən məyus olsaq da, uduzduğumuz oyunda müsbət məqamlar çox idi”.

Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin futbolçusu Konstantinos Laifis Millətlər Liqasının 1-ci turunda Monteneqroya uduzduqları (0:2) oyunu dəyərləndirərkən deyib.

Belçikanın “Standard” klubunun üzvü sabah millimizlə keçiriləcək oyun haqda da danışıb: “Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq”.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

DOSYE.ORG

COMMENTS