“Azərbaycan yığması bizə çətinlik yaratdı” – İmmobile

“Azərbaycan yığması bizə çətinlik yaratdı” – İmmobile

İtaliya millisinin hücumçusu Çiro İmmobile “Avro-2016″nın seçmə mərhələsində qalib gəldikləri yığmamızla görüş haqda danışıb.

 

Qol.Az-ın məlumatına görə, gənc futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisinin onlara çətinlik yaratdığını bildirib:

“Azərbaycanla oyunda vacib qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Stadion demək olar ki, dolu idi. Azarkeşlərin dəstəyi bizə əlavə güc verirdi. Lakin oyun asan olmadı. Azərbaycan yığması bizə çətinlik yaratdı”.

Qeyd edək ki, yığmamıza 2:1 hesabı ilə qalib gələn İtaliya millisi oktyabrın 13-də səfərdə Maltanın qonağı olacaq.

COMMENTS