Azərbaycana qarşı təxribat – Erməniləri buna kim sövq edir?

Azərbaycana qarşı təxribat – Erməniləri buna kim sövq edir?

“Rusiya sülhməramlıları özlərini sülhməramlı kimi yox, Qırmızı Xaç Komitəsinin nümayəndələri kimi aparırlar”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Ekspert sülhməramlıların separartçıları Azərbaycana qarşı təxribatlara təhrik etdiklərini bildirib:

“Erməni qanunsuz hərbi birləşmələri yenə fəallaşıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyəti isə sülhməramalılıq yox, erməni hərbi birləşmələrini gizli fəallaşdırmaq, Azərbaycana qarşı mümkün təxribatlara sövq etməkdir. Belə olmasaydı, ermənilər cürət edib ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini atəşə tuta bilməzdi.

Dəfələrlə edilən etirazlara, xatırlatmalara baxmayaraq, sülhməramlılar öz üzərlərinə düşən vəzifəni icra etmirlər. Onların vəzifəsinə həm də qanunsuz hərbi birləşmələrin bölgədən çıxarılması daxildir. Lakin onlar öz vəzifələrini icra etmək, sabitliyi və silahlı qarşıdurmanı qorumaq əvəzinə, fəaliyyətlərinə aid olmayan işlərlə – bələdçiliklə, keşiş rolunu ifa etməklə, yardım paylaylamaqla məşğul olurlar. Erməniləri Xudavəng monastırına müşayiət edirlər, gah hansısa erməni məktəbində açıqça, gah da ermənilər məskunlaşan kəndlərdə su, ərzaq paylayırlar. Özlərini sülhməramlı kimi yox, Qırmızı Xaç Komitəsinin nümayəndələri kimi aparırlar”.

Rəfail Becanovun sözlərinə görə, erməni xalqı da, onun indiki və keçmiş rəhbərliyi də, qanunsuz hərbi birləşmələrin başçıları da 44 günlük müharibədə Azərbaycan ordusunun gücünü görüblər:

“Rusiya sülhmərmalılarının öz işinin öhdəsindən gəlməməsinə görə Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququ var. Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadan ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması və sülhməramlıların seyrçiliyi antiterror əməliyyatlarına başlamaq üçün tam yetərlidir”.

DOSYE.ORG

COMMENTS