Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? – İDDİA

Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? – İDDİA

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.

DOSYE.ORG xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini 16 yaşlı Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

COMMENTS