Azərbaycanda 20 km-lik yeni yolda aparılan işlərin detalları açıqlandı

Azərbaycanda 20 km-lik yeni yolda aparılan işlərin detalları açıqlandı

Masallı-Astara yolunun B hissəsinin tikintisi davam edir

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” SAC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ələt-Astara -İran Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir.

1B dərəcəyə uyğun yeni trassa üzrə tikilən yolun uzunluğu 20 km-dən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatır. Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpünün, eləcə də 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı borunun tikintisi nəzərdə tutulub. Artıq dairəvi boruların 50 faizi, düzbucaqlı boruların isə 80 faizi tikilib, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb. Torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.

COMMENTS