Azərbaycanda bu qurumun əməkdaşında koronavirus tapılıb? – İdarə binasına giriş dayandırıldı

Azərbaycanda bu qurumun əməkdaşında koronavirus tapılıb? – İdarə binasına giriş dayandırıldı

Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşlarından birində koronavirusa yoluxma aşkarlanıb.

Dosye.org xəbər verir ki, QSC-nin Kadrlar Şöbəsinin əməkdaşlarından birinin yeni növ koronavirusa (COVİD-19) yoluxması müəyyənləşdirilib.

Hazırda Azərbaycan Dəmir Yolları QSC-nin mərkəzi binasında iş dayandırılıb və əməkdaşlara bildirilib ki, ən azı bir həftə müddətindən idarə binasına giriş mümkün olmayacaq.

Sözügedən əməkdaşın iş zamanı kimlərlə kontaktda olması müəyyənləşdirilir.

İlkin ehtimallara görə, Kadrlar Şöbəsinin bütün əməkdaşları iki həftəlik karantinə götürüləcəklər.  /Oxu.az

DOSYE.ORG

COMMENTS