Azərbaycanda buzlaşma olan yolların SİYAHISI

Azərbaycanda buzlaşma olan yolların SİYAHISI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların hazırkı vəziyyəti ilə bağlı məlumat yayıb.

Agentliyin məlumatında bildirilir:
“Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi – Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi – Xızı – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı – Qobustan – Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan – Şamaxı – Muğanlı – Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu – Yevlax – Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Bakı – Ələt – Hacıqabul – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Ucar – Yevlax – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – İsmayıllı – Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı – Qəbələ – Oğuz – Şəki – Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə  şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki – Qax – Zaqatala -Gürcüstan Respublikası ilə dövlət sərhədi – Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax – Şəki (Göybulaq) – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə – Daşkəsən – Xoşbulaq – Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir – Gədəbəy – Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı – Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik – Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

COMMENTS