Azərbaycanda cəmi 53 yoluxma?

Azərbaycanda cəmi 53 yoluxma?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  

İndiyədək ölkədə ümumilikdə 790 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 585 nəfər müalicə olunaraq sağalıb, 9 min 618 nəfər vəfat edib. 1 617 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 437, bu günə qədər isə ümumilikdə 6 milyon 635 min 319 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 27 vaksin vurulub. Onlardan birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 5 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 20-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 314 min 247, ikinci doza vaksinlərin sayı 4 milyon 803 min 747 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 687, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 219 min 92 olub.

DOSYE.ORG

COMMENTS