Azərbaycanda nazir müavininin “krışalıq” etdiyi idarə rəisindən SKANDAL – Anasının yasına getməyən əməkdaşları işdən çıxarır, 3000 manat istəyir…

Azərbaycanda nazir müavininin “krışalıq” etdiyi idarə rəisindən SKANDAL – Anasının yasına getməyən əməkdaşları işdən çıxarır, 3000 manat istəyir…

Şimal zonası üzrə Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov idarənin bir qrup əməkdaşını işdən çıxarıb.

Rubrika.az xəbər verir ki, bu barədə Avropa.info-ya məlumat verən mənbə bildirib ki, əməkdaşların işdən çıxarılmasına səbəb işçilərin Vüsal Hüseynovun anasının yas mərasiminə getməməsi olub.
“Bu yaxınlarda Vüsal Hüseynovun anası dünyasını dəyişib. İdarənin əməkdaşlarından yas mərasiminə getməyənləri Vüsal Hüseynov işdən çıxarıb. Bu adamların işdə qalmaları üçün isə Vüsal Hüseynov iki, üç min manat tələb edir“,-deyə məlumatı verən mənbə bildirib.
“Ölkədə xüsusi karantin rejimi olduğu halda, idarə rəisinin bu qaydaları pozmağa meylli olması anlaşılan deyil. Bundan əlavə, bir müəssisənin işçiləri kiminsə yaxınlarının yas mərasiminə getməyə borclu deyil, bu da işdən çıxarılmaq üçün səbəb ola bilməz”, – deyə məlumatda qeyd olunur.
Mənbə bildirir ki, Vüsal Hüseynov onu bu vəzifəyə Mədəniyyət nazirinin müavini Kənan Kərimovuntəyin etdirdiyini və kimsədən çəkinmədiyini deyir.
Qeyd edək ki, bu ilin martında mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova həvalə olunub.O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib. Yazıda qeyd olunan məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildiririk.

COMMENTS