Azərbaycanda su aydınlıq yerinə qan saldı

Azərbaycanda su aydınlıq yerinə qan saldı

Cəlilabad rayonunda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

 

Dosye.az anspress-ə istinadən bildirir ki, hadisə rayonun Göytəpə qəsəbəsində meyvə-tərəvəz mağazalarından birinin qarşısında baş verib. Biləsuvar rayonunda qohumlarının toyundan qayıdan, 37 yaşlı, Göytəpə qəsəbə sakini Mirqoşqar Mirşamil oğlu Mürsəlov avtomobili ilə sözügedən dükanın qarşısından keçərkən satıcı Ramal Bağırovun yola səpdiyi su Mirqoşqarın avtomobilinin içinə tökülüb. Avtomobili saxlayan sürücü ilə satıcı arasında mübahisə əlbəyaxa davaya səbəb olub.

Qarın və baş nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan Mirqoşqar Mürsəlov yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda onun vəziyyətini həkimlər orta ağır qiymətləndirir.

Faktla bağlı hələ ki, saxlanılan olmasa da Cəlilabad Rayon Polis şöbəsində araşdırmalar aparılır.

COMMENTS