Azərbaycandakı ömürlük məhkumların sayı AÇIQLANDI

Azərbaycandakı ömürlük məhkumların sayı AÇIQLANDI

Hazırda Azərbaycanda 282 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. 
Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, onlardan 12 nəfərin yaşı 65-dən yuxarıdır:
“2017-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərdən cəzasının 25 ilini çəkmiş və son 5 ildə nümunəvi davranış nümayiş etdirmiş şəxsin vaxtından əvvəl şərti azadetmə ilə bağlı məhkəməyə müraciət etmək hüququ yaranıb. Həmçinin, hər bir ömürlük azadlıqdan məhrum edilmiş şəxs cəzasının 10 ilini çəkdikdən sonra əfv üçün də müraciət edə bilər”.
Hüquq müdafiəçisi ölkə başçısının bu ilin aprelində pandemiya ilə əlaqədar imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan 176 nəfərdən 2-nin ömürlük azadlıqdan məhrum edilmiş şəxs olduğunu xatırladıb:
“2 nəfər də ömürlük azadlıqdan məhrum edilmiş şəxs əfv sərəncamı ilə azadlığa çıxıb. Onlardan 1-i cəzasının 24 ilini, digəri 25 ilini çəkmişdi. Hər ikisi bir qətl hadisəsində ittiham olunurdu. Ölkə rəhbərinin humanist addımı, həmçinin məhkumların davranışları, səhhəti, xroniki xəstəlikləri nəzərə alınaraq, onlar azadlığa buraxıldı”.
DOSYE.ORG

COMMENTS