“Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq” – Türk futbolçu

“Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq” – Türk futbolçu

“Şenol Günəş şans versə, Avropa çempionatında millinin heyətində yer almağı çox istəyirəm. Bu, hər kəsin hədəfi, xəyalıdır”.

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Dəniz Türüc “Habertürk”ə açıqlamasında deyib.

Avro-2020-də A qrupuna düşmələrini dəyərləndirən “Fənərbaxça”nın 26 yaşlı yarımmüdafiəçisi iki oyunu Bakıda keçirməyin onlar üçün üstünlük olacağını bildirib:

“Çətin qrupdur, amma imkansızdır deyilən bir şey yoxdu. Azərbaycanda keçirəcəyimiz oyunlarda ev sahibi kimi olacağıq. İtaliya ilə açılış matçında uğurlu başlanğıc etsək, qrupdan çıxmaq şansımız yüksək olar. Hədəfimiz ilk iki yerdən birini tutaraq, növbəti mərhələyə çıxmaq, daha sonra da bacardığımız qədər irəliləməkdir”.

DOSYE.ORG

COMMENTS