“Azərbaycanın acısı bizim acımızdır” – Türkiyə səfiri

“Azərbaycanın acısı bizim acımızdır” – Türkiyə səfiri

“Ermənistanın təxribatı nəticəsində şəhid olanlar var. Onlara Allahdan rəhmət diləyirəm. Azərbaycanın acısı bizim acımızdır”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə Azərbaycanın yanındadır və yanında da olacaq. Səfir xatırladıb ki, sabah Bakının azad edilməsinin 104-cü ildönümüdür:

“Bununla əlaqədar tədbir keçirəcəyik”.

COMMENTS