Azərbaycanla danışıq aparırıq – Rusiya

OPEK ölkələri kimi, Rusiya da kartelə daxil olmayan ölkələrlə neft hasilatının azaldılması ilə bağlı danışıqlar və məsləhətləşmələr aparır.

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak məlumat verib.

Axar.az xəbər verir ki, A.Novak deyib: “Noyabrın 30-da qeyri-OPEK ölkələri ilə məsləhətləşmələr aparan OPEK nümayəndələri bu ölkələrin adlarını açıqlayıb. Biz də müvafiq danışıqlar, məsləhətləşmələr aparırıq. Hesab edirik ki, bu sövdələşmədə həqiqətən iştirak edə biləcək ölkələr var. Bu, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Bəhreyn və digər dövlətlərdir. Hazırda bu istiqamətdə işlər gedir”.

Noyabrın 30-da OPEK-də 2017-ci il yanvarın 1-dən neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması (32,5 milyon barrelədək) barədə razılıq əldə olunub. Bu saziş kartel üzvü olmayan ölkələrin iştirakını da nəzərdə tutur. Onların hasilatı ümumən gündəlik 600 min barrel azaldılmalıdır. Rusiya bu həcmin 300 min barrelini təmin etməyə razılaşıb.

Dosye.az

COMMENTS