“Azərbaycanla oyunda qələbə qazanmalıyıq” – Konte

“Azərbaycanla oyunda qələbə qazanmalıyıq” – Konte

“Avro-2016″nın seçmə mərhələsində millimizlə qarşılaşacaq İtaliya yığmasının baş məşqçisi Antonio Konte maraqlı fikirləri ilə diqqət çəkib.

 

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis İtaliya mətbuatına açıqlamasında hazırda “Avro-2016″nı qazanmaq yox, millimizlə oyun haqda düşündüyünü bildirib:

“Avro-2016″nı qazanmaq? İndidən bu qədər irəlini düşünə bilmərik. İlk öncə Azərbaycan və Malta ilə görüşlərdə qalib gəlməliyik. Təbii ki, yaxın gələcəkdə İtaliya millisi ilə titullar qazanmaq istəyirəm. Ancaq bunun üçün çox çalışmalıyıq”.

Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu oktyabrın 10-da, Palermo şəhərində keçiriləcək.

COMMENTS