“Azərbaycanla oyunda qələbə qazansaq…” – Dario Srna

“Azərbaycanla oyunda qələbə qazansaq…” – Dario Srna

“Malta ilə görüşdə yaxşı oynamadıq. Ancaq əsas 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Komandaya xeyli gənc futbolçular cəlb olunub. Təcrübəli futbolçu kimi onlara dəstək olmalıyam”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Dario Srna ölkəsinin mətbuatına deyib.

Təcrübəli futbolçu “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları Bolqarıstan və Azərbaycanla oyunlarda qələbə qazanmağa çalışacaqlarını bildirib:

“Şaxtyor”dakı ukraynalı komanda yoldaşlarım Bolqarıstana qarşı oynayıblar. Onlar bolqarların çox sürətli və yaxşı oynadıqlarını dedilər. Bu mənada bizi çətin səfər gözləyir. Daha sonra evdə Azərbaycanla qarşılaşacağıq. Hər iki oyunda qələbə qazansaq, “Avro-2016″nın final mərhələsinə getmək yolunda böyük iş görmüş olacağıq”.

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Bolqarıstanın qonağı olacaq Xorvatiya millisi 3 gün sonra yığmamızla qarşılaşacaq.

COMMENTS