“Azərbaycanla oyundan qələbə gözləyirəm”

“Azərbaycanla oyundan qələbə gözləyirəm”

Bolqarıstan millisi AVRO-2016-nın seçmə mərhələsində uğur qazanmaq iddiasındadır.

 

Dosye.org apasport.az-a istinadən xəbər verir ki, bunun yığmanın sabiq futbolçusu, Bolqarıstan Futbol İttifaqının vitse-prezidenti Yordan Leçkov açıqlayıb.

O bildirib ki, millidən uğurlu nəticə gözləyir. Leçkov final mərhələsinə vəsiqə üçün mübarizədə sabah Bakıda Azərbaycan yığması ilə keçiriləcək ilk oyunun vacibliyini də qeyd edib: “Azərbaycanla oyundan qələbə gözləyirəm. Komandamız seçmə mərhələyə 3 xalla başlamaq üçün hazırlıqlarını davam etdirir. Aydın məsələdir ki, asan olmayacaq. Lakin seçmə mərhələnin startından daha güclü rəqiblərlə mübarizə aparacaq millimiz olduğunu göstərməliyik. Biz bunu hamıya göstərməliyik.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Bolqarıstan matçı “Bakcell Arena”da baş tutacaq.

COMMENTS