Azərbaycanlı alim erməni səfirini İsveçdə pərt etdi

Azərbaycanlı alim erməni səfirini İsveçdə pərt etdi

Ermənistanın İsveçdəki səfiri Artak Apitonyan “erməni soyqırımı” iddiaları üzərində qurulan çıxışı zamanı pərt olub.

“Soyqırımdan” danışan erməni səfir tədbirdə iştirak edən AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Ziyad Əmrahovun sualına cavab verə bilməyib.

Z.Əmrahov qeyd edib ki, səfir qondarma erməni soyqırımından əfsanələr danışarkən, Şərqi Anadoluda guya 1.5 milyon erməni soyqırıma məruz qalıb kimi fikirlərindən sonra ona sual ünvanlayıb: “Siz bu uydurma soyqırımla bağlı arxiv sənədləri ilə, Osmanlı və Rusiya arxivləri ilə tanışsınızmı?” – soruşdum. Cavab burdan başladı: “Siz, deyəsən, türk əsillisiniz…”

Z.Əmrahov daha sonra Osmanlı arxiv sənədlərindən lazımi rəqəmləri açıqlayaraq, auditoriyanı məlumatlandırdığını bildirib.

“Bütün bunlardan sonra bir daha yəqin etdim ki, informasiya müharibəsində biz çox uduzuruq, qarşı tərəfi susdurmaq üçün lazımi tədqiqatçı və tədqiqatlarımızın sayı çox aşağıdır və ya yoxdur”, – alim vurğulayıb.(kult.az)

Dosye.org

COMMENTS