Azərbaycanlı kikboksçu “Survivor”dan ayrıldı – Acun Ilıcalı şokda

Azərbaycanlı kikboksçu “Survivor”dan ayrıldı – Acun Ilıcalı şokda

“Kobra” ləqəbli azərbaycanlı kikboksçu Pərviz Abdullayev Türkiyənin məşhur “Survivor” yarışmasını tərk edib.

Teleqraf.com xəbər verir ki, məşhur idmançı TV8-in rəhbəri Acun Ilıcanlıya onu bu yarışmaya dəvət etdiyi üçün təşəkkür edib.

“Bəlkə qalsaydım, zədə alardım, sonadək yarışmağı istəyərdim, əsas sağlamlıq olsun, qismət. Nə yaxşıdırsa və xeyirlidirsə, o olsun”, – deyə Pərviz Abdullayev bildirib.

Acun Ilıcalı azərbaycanlı iştirakçıya yarışdan xətasız ayrıldığını deyib: “Azərbaycandakı soydaşlarımıza olan münasibətimiz bəllidir. “O səs Türkiyə” layihəmizdə də azərbaycanlı çempionumuz olub. Azərbaycanı çox gözəl təmsil etdin, səni tanıdığımız üçün xoşbəxtəm. Bu gün “Survivor” başlayandan indiyədək ən üzüldüyüm gündür”.

DOSYE.ORG

COMMENTS