Azərbaycanlı müğənni 5 minə ceyran aldı

150 min manatlıq avtomobili ilə gündəmə gələn mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızının özünə növbəti bahalı hədiyyəsi ceyran olub.

“Qafqazinfo”nun məlumatına görə, gənc ifaçı açıqlamasında ceyrana 5 min manat verdiyini bildirib: “Ümumiyyətlə, ürəyim istəyən bir şey varsa, onu mütləq əldə edirəm. Ceyranı xarici ölkədən sifarişlə gətizdirmişəm. Hazırda bağ evində qalıram elə onu da orda saxlayıram. Heyvanlara olan sevgim sonsuzdu. Yaxınlarım deyir ki, bağı yavaş-yavaş heyvanxanaya çevirirsən. Bəlkə, çoxlarına qəribə gələcək, amma əlimə bir az pul gəlsin timsah da alacam”.

COMMENTS