Azərbaycanlı Rahib özünü polis kimi təqdim etdi, özbək Gülşənoyu yerdə sürüdü

Azərbaycanlı Rahib özünü polis kimi təqdim etdi, özbək Gülşənoyu yerdə sürüdü

İstanbulda özünü polis kimi təqdim edən Azərbaycan vətəndaşı küçədən keçən özbək qadından sənəd tələb edib. Daha sonra onun çantasını alaraq qaçmağa çalışıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Feneryolu məhəlləsində baş verib. Azərbaycan vətəndaşı küçədə özünü polis kimi təqdim edərək 44 yaşlı Özbəkistan vətəndaşı Gülşənoy D.-nin pasportunu, Türkiyədə yaşamaq icazəsinə dair sənədini tələb edib. Qadın çantasından sənədlərini çıxarıb və təqdim edib. Bu zaman həmin şəxs qadının çantasını alaraq onu gözləyən avtomobilə minib və uzaqlaşmağa çalışıb. Özbəkistanlı qadın çantasını xilas etməyə çalışıb və bu zaman avtomobil hərəkətə başladığından onu bir neçə metr yerdə sürüyüb.

Qadın polisə şikayət verib və onun içərisindəki 1350 TL olan çantasını oğurlayan soyğunçunun tapılmasını istəyib. Polis hadisə yerindəki təhlükəsizlik kameralarının görüntülərini araşdırıb, soyğunçunun 39 yaşlı Azərbaycan vətəndaşı Rahib Sadıx S. olduğunu müəyyən edib. Şübhəli şəxs hadisənin baş verdiyi gün-martın 8-də soyğunçuluqda istifadə etdiyi avtomobilin park edildiyi Fatih rayonunda yaxalanıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı soyğunçuluq və dövlət strukturunun səlahiyyətlərindən qanunsuz istifadə ittihamları irəli sürülüb.

DOSYE.ORG

COMMENTS