Azərbaycanlı Rusiyada keçmiş arvadını bıçaqladı, həbs edildi

Azərbaycanlı Rusiyada keçmiş arvadını bıçaqladı, həbs edildi

Moskvada noyabrın 24-də 29 yaşlı həyat yoldaşı Aynuru bıçaqlayan 27 yaşlı keçmiş əri Qurban Qasımzadə həbs edilib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Baş İdarəsinin saytında məlumat yazılıb. Qurban haqda “qəsdən adam öldürmə” maddəsi üzrə cinayət işi açılıb.

Məlumata görə, Q. Qasımzadə daha əvvəl də məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, Qurban küçədə 5 yaşlı oğlunu həyat yoldaşı Aynurdan almağa cəhd göstərmiş, daha sonra isə ona bıçaq zərbələri endirmişdi. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

DOSYE.ORG

COMMENTS