Azərbaycanlı yazıçı Putinin müdafiəsinə qalxdı – RƏZİLLİK…

Azərbaycanlı yazıçı Putinin müdafiəsinə qalxdı – RƏZİLLİK…

Rusiyada fəaliyyət göstərən 500 yazıçı Ukraynada aparılan müharibəni dəstəkləyərək, bununla bağlı birgə müraciət yayıb. DOSYE.ORG gununsesi.info-ya istinadla xəbər verir ki. yazçıların müraciəti “Literaturnaya qazeta”da dərc olunub.

Rusiyalı yazıçılar prezident Vladimir Putini müdafiə edərək, hərbi əməliyyatların Ukraynadakı faşistlərə qarşı aparıldığını qeyd ediblər.

Müraciəti imzalayan yazıçılar Qərb dövlətlərini Ukraynanı Rusiyaya qarşı qızışdırmaqda ittiham ediblər.

“Ruslar müharibəyə başlamır. Ruslar adətən bitirirlər. Rusiyanın xüsusi hərbi əməliyyatı Avropada sülhün bərqərar olmasına yönəlib…
…biz yazıçılar rus ordusunun məcburi hərəkətlərinə acı, həm də ümidlə baxırıq. Biz Prezidentə ümidlə baxırıq…”,-deyə uzun müraciətdə vurğulanıb.
500 yazıçı arasında Rusiyada yaşayan və orada fəaliyyət göstərən müxtəlif millətlərin nümayəndəsi var. Siyahıda erməni yazıçılarla yanaşı, bir azərbaycanlı da var.

Bu, Knyaz Qoçaqdır (Qurbanov). O, Rusiya Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Knyaz Qoçaq (Qurbanov) 1954-cü ildə Azərbaycanda – Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1977-ci ildən Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində məskunlaşıb.

Tümen Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1986).

Müxtəlif vəzifələrdə işləyib. Hazırda Sibirdəki Pıt-Yax şəhərində yaşayır. 1995-ci ildən həftəlik “Novaya Severnaya qazeta”da sosial problemlər şöbəsinin redaktoru kimi çalışır.

Azərbaycan və rus dillərində yazır, şeir və nəsr tərcüməsi edir.

DOSYE.ORG

COMMENTS