Azərbaycanlıların 2 kəndi azad olundu

İŞİD-in təxminən 3 aydır ki, nəzarətdə saxladığı Səlahəddin vilayətinin Tuzhurmatu mahalının 2 türkman kəndi azad olunub.

Dosye.org Axar.az-a istinadən xəbər verir ki, bölgədə yaşanan qarşıdurmalarda 20 terrorçu öldürülüb, 3 peşmərgə və 7 türkman həyatını itirib.

Verilən məlumatda bildirilir ki, hücum zamanı İŞİD liderlərindən sayılan Riyad Saleh və onun qardaşı Sami Mehdi öldürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, öldürülən liderlərin atası Səddam Hüseyn ordusunun ən yüksək rütbəli şəxslərindən olub.

COMMENTS