“Azərbaycanlılarla Ermənilər arasında…” – Erməni general

“Azərbaycanlılarla Ermənilər arasında…” – Erməni general

“Mənim üçün Rusiya sülhməramlı qüvvələrinin Qarabağda dayanması və müvafiq əməliyyatlar keçirməməsi anlaşılmazdır”.

DOSYE.ORG xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

Onun sözlərinə görə, sülhməramlılar ermənilərlə azərbaycanlılar arasında heç bir qarşıdurmaya imkan verməməlidirlər.

“Toqquşmalar hər zaman baş verə bilər, hətta fərqinə varmaya da bilərlər, əgər onlar diqqət çəkib lazımi tədbirlər görmürlərsə, bu, çox pisdir. Onlar (sülhməramlılar – red.) qarşılarında duran vəzifəni yaxşı bilmirlər, Ermənistan, Azərbaycan və Rusiyanın 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli sazişi pozurlar”, – deyə Qriqoryants qeyd edib.

Ter-Qriqoryants onu da bildirib ki, Rusiya sülhməramlılarının atəş açmaq hüququ yoxdur.

“Onları tənqid edə bilərsiniz, lakin eyni zamanda, onların günahı yoxdur, çünki onların atəş açmaq hüququ yoxdur”, – deyə o vurğulayıb./ordu.az/

COMMENTS