Azərbaycanlının olduğu təyyarə Yerevana endi – Vətəndaşımızı ermənilərə vermək istədilər

Azərbaycanlının olduğu təyyarə Yerevana endi – Vətəndaşımızı ermənilərə vermək istədilər

teyyare.jpg

Dubaydan Moskva reysi ilə uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi Ermənistanın paytaxtı Yerevanda eniş edib. Modern.az saytı RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan Azərbaycan vətəndaşı olan sərnişinin sərxoş olması və digər sərnişinlərlə kobud rəftar etməsi olub.

Məlumata görə, təyyarə Dubaydan havaya qalxdıqdan bir müddət sonra azərbaycanlı bərk danışmağa, sərnişinlərə sataşmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə təyyarə bələdçiləri 30-35 yaşlarındakı kişinin öhdəsindən gələ bilməyiblər.
Bundan sonra isə təyyarə Yerevana enib və 2 saat yarım orada qalıb. Sərxoş şəxsi Ermənistan hakimiyyətinə təhvil vermək istəsələr də, Yerevan hakimiyyət orqanları bundan imtina edib. Ermənistan polisləri onun əllərini yalnız qandallamaqla kifayətlənib.

Təyyarənin ekipaj üzvləri hadisə yerinə çağırılan təcili tibbi yardım həkimlərinə həmin adamı sakitləşdirmək üçün ona yuxugətirən iynə vurmağı məsləhət görüblər. Əlləri qandallanan şəxsə iynə vurulub və o yuxuya gedəndən sonra təyyarə Moskvaya uçub.

Azərbaycanlı Moskvada polisə aparılıb.

COMMENTS